SON DƏQİQƏ: Türkiyə prezidenti və xanımının səhhəti ilə bağlı açıqlama - FOTO

SON DƏQİQƏ: Türkiyə prezidenti və xanımının səhhəti ilə bağlı açıqlama - FOTO


Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan “Twitter” səhifəsindən özünün və dövlət başçısının sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

“COVID-19 testimiz müsbət çıxdıqdan sonra Tayyib bəylə evdə dincəlməyə, uzaqdan çalışmağa davam edirik. Şükürlər olsun ki, Rəbbimin köməyi ilə vəziyyətimiz yaxşıdır. Sizin varlığınız bizə güc verir”, - deyə birinci xanım yazıb.

O, şəfa diləklərini çatdıran dövlət başçılarına və onların həyat yoldaşlarına, xarici nümayəndəlik rəhbərlərinə, siyasətçilərə, sənətçilərə, mətbuat mənsublarına, həm ölkədə, həm də dünyanın müxtəlif yerlərində olan bütün dostlara ürəkdən təşəkkür edib.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA