Stilist Anardan Nanə ilə bağlı ŞOK İDDİA: “Əməkdaşımıza hücum edib”

Stilist Anardan Nanə ilə bağlı ŞOK İDDİA: “Əməkdaşımıza hücum edib”


Stilist Anar Ağakişiyev ATV kanalındakı fəaliyyətinə son qoyub.

TTVXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, onun kanalla yollarını ayırmasına səbəb aparıcı Nanə Ağamalıyeva ilə çalışmaq istəməməsi olub.

Belə ki, televiziyada aparıcıların stili üzərində çalışmaq Anara həvalə edilib. Nanə isə onun istədiklərinə əməl etməyib.

Anar məsələ ilə bağlı açıqlamasında bildirib ki, aparıcı tərəfindən qarşılaşdığı hörmətsizliyi qəbul etməyib:

“Çalışdığı kanalda insanların 90 faizi onunla danışmır. Heç kim qapısını döymək istəmir. İclasa gəlmir. Saymamazlıq edir. Əməkdaşımıza hücum edib. Bundan əvvəl də onun dəfələrlə çalışdığı kanalda işçilərə o cür davranışları haqda xəbər yayılmışdı. Bu hörmətsizliyi gördüm və işə son qoydum”.

Qeyd edək ki, Nanə Ağamalıyevanın bir müddət əvvəl ATV-dən getdiyi xəbəri yayılmışdı. Buna səbəb kimi Anar Ağakişiyevin orada çalışmağa başlaması göstərilmişdi. Hazırda Nanə kanalda verilişini aparmağa davam edir.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA