TƏCİLİ - Lukaşenko hədələdi – “Rusiya ilə müharibə başlasa...”

TƏCİLİ - Lukaşenko hədələdi – “Rusiya ilə müharibə başlasa...”


Belarus Prezidenti
Aleksandr Lukaşenko Rusiya ilə müharibə olacağı təqdirdə Ukraynanı elektrik enerjisindən məhrum etməklə hədələyib.

TTVXEBER.COM xəbər verir ki, o, bu barədə rusiyalı teleaparıcı Vladimir Solovyova müsahibəsində danışıb.

Belarus lideri Kiyevin Moskva ilə hərbi qarşıdurmaya girəcəyi və işğal edilmiş Donbassda hərbi əməliyyatlar aparmağa başlayacağı təqdirdə Ukraynaya elektrik enerjisi və yanacağın tədarükünü dayandıracağını vəd edib.

“Biz Rusiya ilə birlikdə təkcə yanacaq resurslarının yox, həm də elektrik enerjisinin bütün tədarüklərini kəsəcəyik”, - prezident bildirib.
(telegraf.com)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA