TƏCİLİ XƏBƏR - Soros Ermənistanda kimləri və niyə maliyyələşdirir? - Deputatlar, səfirlər...

TƏCİLİ XƏBƏR - Soros Ermənistanda kimləri və niyə maliyyələşdirir? - Deputatlar, səfirlər...


Hazırda postmünaqişə dövrü olmasına baxmayaraq, Soros fondu Ermənistandakı layihələrin həyata keçirilməsi üçün vəsait xərcləməkdə davam edir. Məsələn, 2021-ci il ərzində bu fondun ayırdığı 1,2 milyon dollar vəsait Ermənistanda müxtəlif şəxslərə qrant şəklində paylanıb.

TTVXEBER.COM xəbər verir ki, bu fikirlər “İravunk” nəşrində dərc olunan eyniadlı analitik məqalədə yer alıb.

Bildirilib ki, fond bu dəfə fiziki şəxslərə qrant ayırmayıb. Redaksiyanın apardığı araşdırmalardan aydın olur ki, bu dəfə qrant ayrılanlardan biri “İnkişaf və hüquq müdafiəsi” fondunun həmtəsisçilərindən biri, parlamentdəki “Vətəndaş müqaviləsi” hakim fraksiyasına daxil olan Harusyak Culxakyandır. O da bəlli olur ki, sifətinə Mona Lizanın mübhəm təbəssümü hopmuş bu xanım deputat Soros fondundan 24,5 min, ona yaxın olan Jenya Mailyanın “Real adamlar və real dünya”sı 24 min 668, ona heç də kənar adam sayılmayan Vayolet Çopunyanın “Hüquq İnkişafı Mərkəzi” 37 min 750, hüquq müdafiəçilərini koordinasiya edən Zarui Hovhanesyan 28 min, Daniel İonasyanın “Məlumatlı Vətəndaşlar İttifaqı” 50 min, Lusine Vasilyanın “Mandat”ı 70 min, “Diskriminasiyaya qarşı və birlik naminə”si 43 min 100, Edik Bağdasaryanın “Araşdırmaçı jurnalistlər”i 90 min dollar və “soros dəyərləri”nin digər keşikçiləri ümumilikdə 1,2 milyon dollar qrant alıblar.

Yazıda diqqətçəkən məqam odur ki, qrant alanların arasında dövlət məmurları, iqtidar deputatları, hətta səfirlər də var. Bu şəxslərin hamısı 2021-ci il parlament seçkilərində bu və yaxud digər dərəcədə kifayət qədər fəallıqları ilə seçiliblər.

Məqalə bu sualla tamamlanır: “Bütün bunların demokratiya ilə nə əlaqəsi var və nəyə görə bu hallar öz adı ilə – korrupsiya adlandırılmır”.

Bütün bunlar Ermənistanda bir sıra dairələrin hələ də Sorosun təsiri altında olduğunu isbatlayır. /Azərtac

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA