Tora düşən balıq balıqçının qarnını deşib öldürdü

Tora düşən balıq balıqçının qarnını deşib öldürdü


Hindistanın Andhra-Pradeş ştatının Vişakhapatnam şəhərində Benqal körfəzində balıq tutarkən tora düşən tutulan Hind-Sakit okean mavi marlin balıqçılardan birinin mədəsini deşərək onu öldürüb.

TTVXEBER.COM-un xəbərinə görə, 40 yaşlı Molli Coqanna daha dörd balıqçı ilə birlikdə dənizə gedib. Onlar çərşənbə axşamından çərşənbəyə keçən gecə balıq tutmağı planlaşdırırıblar və səhər saat yeddi radələrində torlarına marlin düşüb. Ov o qədər böyük olub ki, kişilər onu qayığa sürükləyə bilməybilər və sonra Coqanna kömək etmək üçün suya atlayıb.

Nəticədə balıq qəfil tərpənərək hindliyə hücum edib və nazik və iti burnu ilə onun qarnını deşib. Coqanna aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərkəzi Dəniz Balıqçılıq Tədqiqat İnstitutunun şöbə müdiri Subhadip Qxoş marlinlərin çox aqressiv olduğunu və sürətlə üzdüyünü söyləyib.

Onun sözlərinə görə, 15 il ərzində bu balıq növünü tədqiq edərkən, onların yaraladığı bir neçə şəxslə rastlaşıb, lakin ilk dəfədir ki, marlinin insanı öldürdüyünü eşidir.

Bu ərazidəki marlinlərin orta uzunluğu 3,5 metr, hətta bəzən 5 metrə qədər çatır. Onların orta çəkisi 625 kiloqram olur.
(lent.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA