Ukraynada dəmiryolçular Rusiyanın zirehli texnikasını tələyə saldılar - FOTO/VİDEO

Ukraynada dəmiryolçular Rusiyanın zirehli texnikasını tələyə saldılar - FOTO/VİDEO


Ukraynada iki dəmiryolçu Rusiya ordusuna məxsus zirehli transportyoru ələ keçirib və onu idarə edən hərbçiləri yalın əllə zərərsizləşdiriblər.

Ukraynalı deputat Aleksey Qonçarenkonun sözlərinə görə, dəmiryolçular “Sumı-Tovarnaya” stansiyasına zirehli transportyorun daxil olduğunu görüblər. Bu zaman texnikanı idarə edən hərbçilərdən biri onlardan yolu soruşub.

Stansiyanın rəisi Artyom Kiselyov və “Bası” stansiyasının rəisi Ruslan Aristarxov bilərəkdən onları dalana yönləndirib.



Tələyə düşən Rusiya hərbçiləri zirehli transportyordan çıxarılıb və onlardan ikisi zərərsizləşdirilib, digər ikisi qaçıb. Daha sonra ərazi müdafiə qüvvələrinə təhvil veriliblər.

Украинская делегация прибыла для участия в переговорах с представителями РФ 
Qeyd edək ki, bununla yanaşı sosial şəbəkələrdə daha bir maraqlı məqam ortaya çıxıb. Belə ki, yayılan videolardan birində kəndlilərin Rusiyaya məxsus tankı ələ keçirdiyi və onu traktor vasitəsilə çəkib apardığı müşahidə olunub.




SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA