Bakıda və Abşeron yarımadasında fevralın 8-i günün ikinci yarısından fevralın 10-dək cənub-qərb küləyinin arabir 15-20 m/s, fevralın 9-da axşam arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın rayonlarında fevralın 8-i gündüzdən fevralın 10-u səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s, fevralın 9-da axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Ölkə ərazisində fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 7-10 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 17 dərəcəyədək şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|