Nə baş verib? Metroda problem yarandı: Siqnal işə düşdü, maşinist qatarı SAXLADI

Nə baş verib? Metroda problem yarandı: Siqnal işə düşdü, maşinist qatarı SAXLADI


Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

Bu barədə TTVXEBER.COMBakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, Yaşıl xətt üzrə “28 May-Nizami” mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb, bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib:

“Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib. Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq”, - QSC-dən bildirilib.

Qeyd edilib ki, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA