Paşinyan və Putin QARABAĞI MÜZAKİRƏ EDİBLƏR - Sülh sazişinin...

Paşinyan və Putin QARABAĞI MÜZAKİRƏ EDİBLƏR - Sülh sazişinin...


Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Rusiya prezidenti Vladimir Putintelefon danışığı aparıb.

Liderlər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış müddəaların icrasına toxunublar.

Həmçinin, Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Paşinyanın apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri müzakirə edilib. Mənbə: “Sputnik Armenia


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA