Putindən əsgər analarına 8 Mart TƏBRİKİ: "Oğullarınız döyüş əməliyyatlarında iştirak etmir"

Putindən əsgər analarına 8 Mart TƏBRİKİ: "Oğullarınız döyüş əməliyyatlarında iştirak etmir"


Putin Rusiyada xidmət edən əsgərlərin analarını sakitləşdirib.

TTVXEBER.COM xəbər verir ki, Putin martın 8-də Ukraynada xüsusi əməliyyatda iştirak edən əsgər və zabitlərin yaxınlarına müraciət edib. O qeyd edib ki, əməliyyatları ancaq peşəkar hərbçilər həll edir.
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynadakı hərbi əməliyyatında nə çağırışçıların, nə də ehtiyatda olanların iştirak etmədiyini və iştirak etməyəcəyini bildirib.

“Mən hazırda döyüşlərdə olan, xüsusi hərbi əməliyyat zamanı Rusiyanı müdafiə edən əsgər və zabitlərimizin analarına, arvadlarına, bacılarına, gəlinlərinə, rəfiqələrinə müraciət etmək istərdim. Sevdikləriniz və yaxınlarınız üçün necə narahat olduğunuzu başa düşürəm. Bütün ölkə onlarla fəxr etdiyi və sizinlə birlikdə narahat olduğu kimi siz də onlarla fəxr edə bilərsiniz.
Xüsusilə qeyd edim ki, hərbi xidmət keçən əsgərlər döyüş əməliyyatlarında iştirak etmir və iştirak etməyəcəklər. Ehtiyatda olan hərbçilərin əlavə çağırışı olmayacaq.
Verilən tapşırıqları yalnız peşəkar hərbi qulluqçular həll edir. Əminəm ki, onlar Rusiya xalqının təhlükəsizliyini və əmin-amanlığını etibarlı şəkildə təmin edəcəklər”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA