Rusiya Çavuşoğlunun təklifini dəstəklədi

Rusiya Çavuşoğlunun təklifini dəstəklədi


Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov RusiyaUkrayna xarici işlər nazirlərinin Türkiyədə keçirilə biləcək mümkün görüşünü dəstəklədiyini açıqlayıb.

“İki nazirin görüşü yaxşı ideyadır. İstənilən danışıqlar və görüş müsbət haldır”, - deyə o bildirib.

Hər bir diplomatik təşəbbüsü dəstəklədiklərini vurğulayan Qatilov qeyd olunan görüşü mümkün sayıb.

Xatırladaq ki, bir qədər öncə Türkiyə XİN-in rəhbəri Mövlüd Çavuşoğlu 11-13 mart tarixlərində Antalyada keçiriləcək Diplomatiya Forumunda rusiyalı və ukraynalı həmkarları arasında görüş təşkil edilə biləcəklərini vurğulayıb. Mənbə: TRT


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA