Rusiya-Ukrayna danışıqlarında Ukraynanın ədliyyə naziri Denis Malyuska iştirak edib.
TTVXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Ukraynanın ədliyyə naziri Denis Malyuskanın danışıqlarda iştirak etməsi o deməkdir ki, sadəcə danışmaq üçün deyil, kağız üzərində qoyulan konkret məqamlar üzərində iş gedir.
“Bunları qanunlarımıza, konstitusiyamıza uyğunlaşdırmaq, qanuni şəkildə bəyan etmək üçün Ədliyyə Nazirliyinə ehtiyac var. Bu, yaxşı xəbər kimi qəbul oluna bilər, çünki danışıqların konstruktiv istiqamətə doğru getdiyi qənaətinə gəlmək olar”, – deyə məlumatda bildirilir.
|
|
SAYTDA REKLAM YERLƏŞDİR
|
|