Rusiyadan Azərbaycana reyslər nə vaxt bərpa olur? - VİDEO

Rusiyadan Azərbaycana reyslər nə vaxt bərpa olur? - VİDEO


Məlum olduğu kimi Rusiyadan Azərbaycana birbaşa bütün reyslər müvəqqəti olaraq dayandırılıb. Qərar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyyəsi ilə həyata keçirilib. Bu isə bayram günləri ilə əlaqədar ölkəyə qayıtmaq istəyən vətəndaşlarımızda çaşqınlıq yaradıb.

TTVXEBER.COM xəbər verir ki, bununla bağlı Baku TV sujet hazırlayıb.

Bildirilib ki, hazırda bütün reyslər qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov hazırda sərnişinlərin tranzit reyslərdən istifadə edə biləcəyini qeyd edib. O əlavə edib ki, Türkiyə, Belarus üzərindən bu cür reyslər mövcuddur.

Həmçinin, ləğv edilən reyslərlə bağlı bildirilib ki, sərnişinlər əldə etdikləri biletlərin tarixlərini dəyişə bilərlər.

Daha ətraflı sujetdə:



SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA