Rusiyanın itkiləri şok həddə yaxınlaşır, çox sayda hərbçi əsir götürülüb - RƏSMİ RƏQƏM AÇIQLANDI

Rusiyanın itkiləri şok həddə yaxınlaşır, çox sayda hərbçi əsir götürülüb - RƏSMİ RƏQƏM AÇIQLANDI


Ukrayna
Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın təxmini itkilərinin yeni sayını açıqlayıb.

TTVXEBER.COM xəbər verir ki, Rusiya tərəfinin 5710 nəfər canlı qüvvə itirdiyi bildirilir.

Həmçinin qeyd olunur ki, qarşı tərəfdən 200 hərbçi əsir götürülüb.

Məlumata görə, Rusiyaya məxsus 29 ədəd təyyarə, 29 ədəd helikopter, 198 ədəd tank, 846 ədəd zirehli döyüş maşını, 77 ədəd artilleriya sistemi, 7 ədəd hava hücumundan müdafiə sistemi, 24 ədəd çoxlu buraxılış raket sistemi, 60 ədəd yanacaq və sürtkü yağları olan çən, 2 ədəd qayıq, 305 ədəd nəqliyyat vasitəsi sıradan çıxarılıb və ya ziyan dəyib.

Bildirilir ki, bu məlumat ilkin xarakter daşıyır, hələ hesablamalar aparılır.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA