ŞOK HADİSƏ - Fahişəni öldürdü, transla bacarmadı - Azərbaycanda FİLM KİMİ CİNAYƏT - FOTO/VİDEO

ŞOK HADİSƏ - Fahişəni öldürdü, transla bacarmadı - Azərbaycanda FİLM KİMİ CİNAYƏT - FOTO/VİDEO


CİNAYƏT İŞİ


Qısa arayış…

2020-ci il iyulun 30-u səhər saat 10 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 97-ci kilometrliyində, Nəvahi kəndi ərazisində naməlum qadın meyitinin tapılması barədə Hacıqabul rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

“Hadisə yerinə baxış protokoluna” əsasən, bir ədəd güzgü, daraq, telefon qabı, qara rəngli ayaqqabının sağ tayı, qurumuş otların üzərinə qanabənzər ləkələr aşkar edilib. Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat yolu ilə müəyyən edilib ki, mərhum Şirvan şəhər sakini 1968-ci il təvəllüdlü Gülxara Qubadlıdır.



Gülxara Qubadlının meyiti

Həmin gün saat 14 radələrində, paytaxtın Səbail rayonu ərazisində 39-cu Polis Bölməsinin əməkdaşları vətəndaşı bıçaqlayıb, hadisə yerindən qaçmağa cəhd edən naməlum şəxsi saxlayıblar. Bölmədə dindirilərkən, həmin cinayətdən savayı o, yaşadığı Hacıqabul rayonunda bir gün əvvəl bir qadını öldürdüyünü də etiraf edib. Məlumatın düzgünlüyünü yoxlamaq üçün Hacıqabul rayon Polis Şöbəsinə məlumat verilib. Şöbədən bildirilib ki, həqiqətən də rayon ərazisində üzərində zorakılıq əlamətləri ilə qadın meyiti aşkar edilib.

Hacıqabul rayonundan olan 1988-ci il təvəllüdlü Hikmət Fərəcov əvvəllər məhkum olunmayıb, himayəsində 2011-ci və 2014-cü il təvəllüdlü iki övladı var. O, Gülxara Qubadlının şəklini göstərərək, həmin şəxsi qətlə yetirdiyini təsdiq edib.



Gülxara Qubadlının meyiti

TTVXEBER.COM xəbər verir ki, Lent.az haqqında söhbət gedən dəhşətli cinayətin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyulun 28-i saat 23 radələrində Hikmət Fərəcov Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən restoranda spirtli içki qəbul edib. 2 saat sonra, sərxoş vəziyyətdə “Nəvahi” marketin yaxınlığında pul ilə intim xidmət göstərən Şirvan şəhər sakini Gülxara Qubadlı ilə rastlaşıb. Niyyətini reallaşdırmaq üçün Gülxara Qubadlıya cinsi əlaqədə olmaq istədiyini deyib. Onu bu adla aldadıb piyada Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun 97-ci kilometrliyinə, Bakı istiqamətində yolun sağındakı yaşıllıq əraziyə gətirib. Üzərindəki bıçaqla qadının boynuna bir zərbə vuraraq, onu öldürüb. Cinayətkar əməllərini davam etdirmək üçün Bakıya gəlib.

İyulun 30-da sosial şəbəkədə pul ilə intim xidmət göstərən, özünü “Aysu” kimi təqdim edən qadınla tanış olub. “Aysu”ya zəng edib, cinsi əlaqədə olmaları barədə razılıq əldə etdikdən sonra, onun yaşadığı Səbail rayonu, Zərifə Əliyeva prospekti, ev 27, mənzil 14-ə gəlib. Yataq otağında əxlaqsız həyat tərzi keçirməsini bəhanə edərək, bıçaqla qadının döş qəfəsinə, sağ çiyninə və sol ayağına xəsarətlər yetirib. Bu zaman mənzildə olan vətəndaşlar hadisəyə müdaxilə edərək, ona mane olublar. Əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Bununla da qadının həyatını xilas etmək mümkün olub.



Bıçaqlanmanın olduğu hotel

İş üzrə dindirilmiş Hikmət Fərəcov bildirib ki, ailəlidir, iki övladı var. Usta işləməklə ailəsini dolandırıb. İyulun 28-i saat 20 radələrində pivə içmək üçün yaşadığı evdən çıxıb, kənd ərazisində, Bakı-Qazax yolunun sol tərəfində yerləşən kafeyə gedib:

“Pivə içərkən əxlaqsız qadınları öldürmək fikrinə düşdüm. Həmin vaxt, qarşıma Şəlalə adlı, əvvəl bir dəfə də cinsi əlaqədə olduğum qadın çıxdı. Ona intim əlaqədə olmağı təklif etdim. Amma qadın razı olmadı və başqa müştərinin maşınına minib, getdi. Bundan sonra marketə gedib, özümə bıçaq aldım. Gecə saat 1 radələrində əxlaqsız həyat yaşayan Gülxaraya 10 manata cinsi əlaqədə olmağı təklif etdim. Onu yoldan üzü yaşıllıq sahəyə apardım. Səsi çıxmasın deyə, anidən sol əlimlə ağzından tutdum, sağ əlimlə kəmərimdə gizlətdiyim bıçağı çıxarıb onun boğazına bir zərbə vurdum. Gülxara yerə yıxıldı. Çantasındakı qabdan sulu salfet götürüb, bıçaqdakı qan izlərini sildim. Sonra telefon qabını meyitin yanından 15-20 metr kənarda yerə atdım. Gülxaranın cibindəki 40 manatı götürüb kafeyə getdim və orada əlimdəki qan izlərini yudum. Bundan sonra avtobusla Bakıya gəldim. Əxlaqsızlıq edənləri öldürmək, cəmiyyəti onlardan təmizləmək istəyirdim. Səhər saat 7-də “20 Yanvar” metrostansiyasının yanına çatdım”.



Təqsirləndirilən Hikmət Fərəcov

Hikmət gün ərzində “20 Yanvar” ətrafında dolaşıb, Gülxaranı öldürdüyü bıçağı tullayıb. Öldürdüyü qadının üzərindən götürdüyü pullar qurtardığı üçün, öz telefonunu mağazada sataraq, daha ucuz telefon alıb. Gecəni yaxınlıqdakı oteldə keçirib. Hikmət ayın 30-da səhər, daha bir əxlaqsız qadın öldürmək üçün sosial şəbəkədən götürdüyü nömrəni yığıb. Söhbət zamanı qadın ona görüş təyin edib:

“Razılaşdıq ki, onun yaşadığı Z.Əliyeva küçəsi ev 27, mənzil 14-də görüşək. Metronun “28 May” stansiyasının yaxınlığında, mağazadan qara rəngli qatlanan bıçaq aldım. Görüşdən əvvəl iki şüşə pivə içmişdim. Saat 13 radələrində həmin mənzilə getdim. Qapını qara saçlı qadın açdı. Ona 40 manat pul verdim. Yataq otağında paltarlarımı soyunub, qadının yanında uzandım. Bir əlimlə bədəninə toxunmağa başladım, o biri əlimdəki bıçaqla isə ona 2, ya 3 zərbə vurdum. İlk zərbəni boğazına vurandan sonra qadın qışqırdı, bu vaxt otağa başqa adam girdi. Səs-küy yarandığından, bıçağı yataq otağında yerə atdım. Yataq otağından çıxanda, mətbəxdə 3-4 nəfər mənə hücum etmək istədilər. Amma mən tələsik, çılpaq vəziyyətdə mənzildən qaçdım. Küçədə polislər məni paltarsız görüb, saxlayaraq, 39-cu bölməyə apardılar. Şalvarım, köynəyim və mobil telefonum mənzildə qaldı. Orada törətdiyim əməli danışaraq, peşman olduğumu bildirdim”.



İstintaq fotosu

Zərərçəkmiş şəxsin hüquqi varisi Tapdıq Qubadov ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Salyanda yaşayır. Təxminən 30 il əvvəl bacısı Gülxara Əli adlı şəxslə ailə qurub. Toylarından bir il sonra yoldaşı yol qəzasında ölüb:

“Bundan sonra bacım ailə qurmadı. Gülxara bacım qızı ilə birlikdə Şirvan şəhərində yaşayırdı. Əvvəllər Yaşıllaşdırma idarəsində xadimə işləyirdi, axır vaxtlar işsiz idi. İyulun 30-da bacım qızı mənə zəng edərək, Gülxaranın öldüyünü dedi. Onu Sabirabadda dəfn etdik. Sonradan öyrəndim ki, bacımı Hacıqabul sakini Hikmət Fərəcov bıçaqla vuraraq, öldürüb”.



Bıçaqlanmanın baş verdiyi mənzil

Zərərçəkmiş şəxs qismində dindirilmiş Əli Rəcəbzadə ifadəsində göstərib ki, valideynləri və bacısı Masallı rayonunda yaşayırlar. 2019-cu ilin avqust ayında o, Bakıya gəlib. 2020-ci il iyunun 18-dən Səbail rayonunda dostları, “Aydan” ləqəbli Elməddin, “Ayan” ləqəbli Kamil və “Mələk” ləqəbli Elvinlə birlikdə yaşayıb:

“Həmin mənzildə həm də intim xidmətlər göstərirdik. Müştərilərlə adətən sosial şəbəkələrdə tanış olub, kirayə qaldığımız ünvana çağırırdıq. İyulun 30-da növbəti müştəri ilə telefonda danışandan sonra, onu yaşadığım evə çağırdım. Oğlandan götürdüyüm 40 manatı “Aydan”a verib, yataq otağına qayıtdım. Həmin vaxt əynimdə ancaq qara don olub. Yataqda müştəri arxadan sol əli ilə boğazımı sıxdı və qəfildən, sağ əli ilə bıçaqla çiynimə zərbə vurdu. Həmin şəxs ağzımı tutmaq istədikdə əlini dişlədim. Qışqırığıma otağa “Aydan” girdi, bu an oğlan ikinci zərbəni sinəmə vurdu. Müştəriyə müqavimət göstərdim, əlindən çıxıb üzbəüz otağa qaçdım. Bundan sonra huşumu itirdim, ayılanda artıq xəstəxanada idim”.



Gülxaranın qətlində işlədilən bıçaq

Şahid Asudə Talıbova ifadəsində göstərib ki, qonşusu Gülxara Qubadlı yaxın rəfiqəsi olub. Qonşuluqda yaşayıb. Hər ikisi intim xidmət göstərməklə məşğul olub:

“Əsasən, Bakı-Qazax magistral yolunun kənarındakı restoranların qarşısında müştəri gözləyirdik. Müştərilərə özümü “Şəlalə”, Gülxara isə “İlhamə” kimi təqdim edirdi. İyulun 28-i saat 22 radələrində Nəvahi kəndindəki restoranın qarşısında dayananda Gülxaranın telefonuna tanımadığı şəxs zəng etdi. Bundan sonra mən, yolun qarşı tərəfinə keçərək yük maşınına əyləşib, Hacıqabula getdim. Bundan sonra Gülxaranı görmədim. Ayın 29-u gecə saat 3-də Gülxaraya dəfələrlə zəng etsəm də, o, cavab vermədi. Səhər saat 5 radələrində taksi ilə Şirvana, yaşadığım evə qayıtdım. İyulun 30-da qonşumun meyitinin restoranın yaxınlığında, yaşıllıq sahədə tapıldığını eşitdim”.



Əl izləri

Şahid Günel Hüseynova bildirib ki, xalası Gülxara Qubadlı ilə birlikdə yaşayıb. İyulun 28-də axşam qonşusu Asudə xalasına zəng etdikdən sonra o, aşağı düşüb və onlar maşına əyləşərək, harasa gediblər:

“Gülxara heç vaxt mənə hara getməsini deməyib. Saat 23:15-də xalam mənə zəng edib, hal-əhvalımı tutdu. Bundan sonra daha əlaqə saxlamadı. Növbəti gün səhər saat 9 radələrində yuxudan oyandım, xalamın evə gəlmədiyini görüb narahat oldum. Dəfələrlə zəng etsəm də, zənglərimə cavab vermədi. İyulun 29-a Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları evimizə gələrək, Nəvahidə naməlum meyit tapdıqlarını dedilər. Onlarla birlikdə Şirvan şəhərində yerləşən morqa getdim və xalamın cəsədini tanıdım”.



Götürülən maddi sübutlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Fərəcov cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.


SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA