TƏCİLİ - Kadırov öz xüsusi təyinatlılarına ukraynalı uşaqları OĞURLAMAĞI... - VİDEO

TƏCİLİ - Kadırov öz xüsusi təyinatlılarına ukraynalı uşaqları OĞURLAMAĞI... - VİDEO


Kadırov öz xüsusi təyinatlılarına ukraynalı uşaqları oğurlamağı tapşırıb.

TTVXEBER.COM xəbər verir ki, martın 13-də səhər saatlarında daxili işlər nazirinin müşaviri Anton Geraşenko Çeçenistan rəhbəri Ramzan Kadırovun xüsusi təyinatlıları ilə ukraynalı uşaqların oğurlanmasını müzakirə etdiyi videonu yayıb.

Kadırov Ukraynaya gəlib və ilk işi uşaq evindən uşaqları oğurlamaq üçün əməliyyat planlaşdırmaqdır. Özünüz qulaq asın ki, onlar əclaf Kadırova nə deyirlər”, – deyə Geraşenko yazıb.

Belə ki, kadırovçular uşaq evinə həyasızcasına daxil olduqlarını, lakin orada heç kimin olmadığını bildiriblər.

“Kadırovizmin bütün mahiyyəti budur: adam oğurluğu, işgəncə, hədə-qorxu gəlmək və sosial şəbəkələr üçün poza vermək. Görünür, onlar Kadırovun videosunun növbəti çəkilişi üçün uşaq evinin uşaqlarından istifadə etmək istəyiblər”, – deyə Geraşenko əlavə edib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Kiyevdən bir qədər aralıda kadırovçular var və onlar 12 yaralı rusu güllələyiblər.
(konkret.az)

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA