Xankəndidəki ermənilərə açıq xəbərdarlıq: Bu, ilk əməliyyat idi - Müsahibə

Xankəndidəki ermənilərə açıq xəbərdarlıq: Bu, ilk əməliyyat idi - Müsahibə


TTVXEBER.COM xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, bu gün beynəlxalq təşkilatların yanaşmaları ortadadır. 30 il isə Azərbaycan məhz belə bir davranış tələb etdi. Amma bizə qarşı bu mövqe sərgilənmədi. Sizcə, nə baş verməlidir ki, beynəlxalq təşkilatlar ölkələrin səsinə səs versin?

- Bu gün beynəlxalq hüquq deyilən bir məsələ ancaq gücə bağlıdır. Əgər zəif bir dövlətin hüquqları pozulursa, beynəlxalq hüquq işləmir. Zəif dövlətin ərazisi təcavüzə məruz qalırsa, o zaman da beynəlxalq hüquq işlək olmur. Beynəlxalq media heç buna diqqət belə ayırmır. Dünyanın güc mərkəzləri, tanınmış ekspetlər zəif ölkələrə o qədər də diqqət yetirmir. Bununla belə beynəlxalq təşkilatlar daha çox haqqında danışılan iqtisadi, siyasi, hərbi gücə malik ölkələrlə bağlı daha çox iş görür. Burada yanaşmalar da beynəlxalq prinsiplərə söykənmir. Belə qurumların yanaşmaları onları təşkil edən, həmin təşkilata sahib olan ölkələrin istədikləri məsələləri istədikləri müstəviyə yönəldərək şərh edirlər. Azərbaycan da 30 il təcavüzə məruz qaldı. Amma Azərbaycan təcavüzə məruz qalanda beynəlxalq təşkilatlar, dünya ölkələri ölkəmizə heç bir dəstək göstərmədi. Bu gün Ukrayna onların marağında olduğu üçün bu ölkəyə dəstək ifadə olunur. Olsun, buna etiraz etmirik, əksinə dəstəkləyirik. Amma Ukraynaya edilən dəstəyin zamanında heç bir faizi Azərbaycana edilmədi. Sözsüz, biz sevinirik ki, beyənlxalq hüquq, təşkilatlar, dünya ölkələri Ukraynanın yanındadır. Biz buna şadıq. Bir partiya sədri olaraq biz də Ukraynanı müdafiə edirik.


-Sizcə, beynəlxalq təşkilatların əsas hədəfi nədir?

- Burada digər məsələlər də bar, çünki Ukrayna onlara daha yaxındır. Ukrayna üzərindən Rusiyaya təsir göstərmək istəyirlər. Həm də Rusiya ilə bağlı öz o planlarını həyata keçirmək istəyi var. Beynəlxalq hüquq tam olaraq Ukraynanın xeyrinə şərh olunur. Azərbaycan və Gürcüstanla bağlı da eyni məsələlər var idi. Moldova ilə bağlı da eyni məsələlər mövcud olub. Amma təəssüflər olsun ki, nə Moldovaya, Gürcüstana, nə də ki, Ukraynaya olan münasibət Azərbaycana göstərilməmişdi. Avropa İttifaqı Şərq tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycana keçmiş Dağlıq Qarabağa bağlı məsələdə birmənalı mövqe sərgiləməmişdi. Onların bəyanatlarında birmənalı şəkildə qeyd edilməmişdi ki, bu, Azərbaycan ərazisidir. Az qala oranı mübahisəli ərazi kimi təqdim etmişdilər. Yəni eyham vurmuşdular ki, bu ərazi Ermənistanın da ola bilər. Bu cür yanaşmalar təbii ki, beynəlxalq hüquq sisteminə, beynəlxalq təşkilatların standartlarına şübhələr yaradır. İkili standartlar məsələsi də buradan çıxıb.

- Bakının, İstanbulun ünvan kimi göstərilməsi, Azərbaycan və Türkiyənin bölgədə sabitliyi təmin etmək üçün məkan kimi təqdimatı necə şərh oluna bilər?

- Qarabağ münaqişəsi həll edildikdən sonra Azərbaycan daha təhlükəsiz bir məkana daxil olub. Bununla bərabər Azərbaycan işğalda olan ərazilərini azad etməklə özünün gücünü, iradəsini ortaya qoyub. Bütün dünyada Azərbaycan müsbət bir reputasiya qazanıb. Artıq bu müddətdən sonra da Azərbaycan və Türkiyə Prezidentlərinin beynəlxalq hüququn qorunmasında bu coğrafiyada stabilliyin təminatında atdığı addımlar dünya ölkələrinin diqqətindədir. Azərbaycan bölgədə xarici siyasət sahəsində daha balanslı, ağıllı siyasət aparan ölkədir. Dövlətimiz özünü bu və ya digər kataklizmlərdən qoruya bilir. Bir neçə il olacaq proseslər ölkəmiz tərəfindən düzgün dəyərləndirilir. Ona görə də, Ermənistan istisna olmaqla Azərbaycanın bütün qonşu ölkələrlə yaxşı münasibətləri formalaşıb. Bu baxımdan həmin ölkələrin də Azərbaycanla iş qurmasında ölkəmizdə hər hansı bir görüş keçirməsində, buranı stabil bir məkan kimi dəyərləndirməsində heç bir problem yoxdur. Bu baxımdan da Ukrayna prezidenti Azərbaycanın dost jestini dəyərləndirir. Çünki ölkəmizlə Ukrayna münasibətlərinin tarixi ənənələri mövcuddur.

- Azərbaycanın Xankəndidə və ətraf ərazilərdə yaşayan erməni əsilli insanlara xəbərdarlığı var. Bu hansı mesajları ehtiva edir?

- Azərbaycanla Rusiya arasında imzalanan Bəyannamə ilə ordumuzun həmin ərazilərdəki addımları üst-üstə düşdü. Amma bu o demək deyil ki, məhz bundan sonra hansısa bir addım atılıb. Azərbaycan tərəfi hər zaman cəsarətli şəkildə qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü hər hansı bir müzakirə mövzusu ola bilməz. Orada yaşayan ermənilər də bizm ölkənin pasportu ilə yaşaya bilər. Həmin ərazilərdə hələ də qalmış erməni silahlıları da tez bir zamanda oradan çıxmalıdır. Bu, Azərbaycanın birmənalı mövqeyidir. Artıq Rusiya tərəfinin də imzaladığı Bəyannamə ilə bir daha Azərbaycanın ərazi bütövlüyü tanınmış olur. Qarabağın Azərbaycana aid olması ilə bağlı reallıq birdəfəlik olaraq qəbul edildi. Eyni zamanda bu günə qədər Rusiya oradakı ermənilərə hansısa bir imtiyaz verə bilər kimi şayiələrə də son qoyuldu. Bu məsələlər ortadan çıxdı. Artıq erməni tərəfi bu məsələdə Rusiyadan hər hansı bir dəstək ala bilməyəcək. Azərbaycan da bununla bağlı hüquqi bir sənəd əldə etmiş oldu. İstənilən vaxt Azərbaycan oradakı erməniləri ölkəmizin qanunlarına tabe olmaq əməliyyatına başlayacaq. Bunu da ilk əməliyyat kimi nəzərdən keçirmək olar.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA