"Zelenski, Putindən sığınacaq istə, yoxsa sonun ..." - Ramzan Kadırov

"Zelenski, Putindən sığınacaq istə, yoxsa sonun ..." - Ramzan Kadırov


Zelenski Rusiya lideri Putindən sığınacaq istəsin, yoxsa sonu Saakaşvili kimi olacaq”.

TTVXEBER.COM xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O qeyd edib ki, Zelenski əla aktyordur, lakin siyasətdən uzaqdır. Ramzan Kadırov növbəti dəfə Zelenskiyə müraciət edərək onu Putinlə şəxsi görüş təşkil etməyə dəvət edib, həmçinin ona siyasi sığınacaq zəmanəti verib.

Kadırov qeyd edib ki, Kiyevin hazırkı rəhbəri Polşadan keçərək uzaq ölkələrə köçmək qərarına gəlsə, o zaman onu Mixail Saakaşvilinin taleyi gözləyəcək.

“Xatırla ki, Saakaşvili sonda zorla Gürcüstana qaytarılıb və orada mühakimə olunub. Əgər sən Rusiyaya güvənirsənsə və dialoqa hazırsansa, o zaman mən səninlə görüşməyə və şəxsən Rusiya prezidenti V. Putindən xahiş etməyə hazıram ki, sənə siyasi sığınacaq versin və simanı qorusun”, – deyə Kadırov bildirib.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA