Zelenski Ərdoğana Putinlə görüşmək istədiyini bildirib

Zelenski Ərdoğana Putinlə görüşmək istədiyini bildirib


Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyini bildirib.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” Agentliyinə müsahibəsində danışıb.

“Dünən Ərdoğanla söhbəti zamanı Volodimir Zelenski Rusiya prezidenti ilə görüşmək istəyini açıqladı. Türkiyə də öz növbəsində tərəfləri danışıqlar masasına qaytarmaq üçün hər cür səy göstərir”, - deyə Çavuşoğlu qeyd edib.

Bundan əlavə, türkiyəli nazir “Ukraynadakı hadisələrin təkcə ukraynalılara deyil, bütün dünyaya təsir etdiyini” vurğulayaraq, “münaqişəyə son qoymaq üçün hərtərəfli dialoqa” çağırıb.

Xatırladaq ki, mayın 30-da Türkiyə prezidenti Rusiya və Ukrayna liderləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Mənbə: “Anadolu”

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA