Bakıda dava - Bir nəfər bıçaqlandı

Bakıda dava - Bir nəfər bıçaqlandı


Bakının Xətai rayonunda dava edən iki nəfərdən biri ağır xəsarət alıb.

TTV xəbər verir ki, insident Əhmədli metrostansiyasının yaxınlığında qeydə alınıb.

1982-ci il təvəllüdlü Məmmədov Tahir Maşallah oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırılır.//APA

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA