XİN: Ukrayna, Türkiyə və Rusiya arasında limanların açılması ilə bağlı razılaşma yoxdur

XİN: Ukrayna, Türkiyə və Rusiya arasında limanların açılması ilə bağlı razılaşma yoxdur


Ukrayna Xarici İşlər Nazirliyi dəniz limanlarının açılması ilə bağlı müzakirələrə dair bəyanat yayıb.

TTVXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:

“Ukrayna qlobal ərzaq böhranının qarşısını almaq üçün ölkənin dəniz limanlarının açılması ilə bağlı bütün səylərini səfərbər edib.

Hazırda biz BMT və digər tərəfdaşlarımızla birlikdə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması üzərində işləyirik.

Bu yaxınlarda Rusiyanın Nikolayevdəki taxıl anbarına raket zərbəsi endirdiyini nəzərə alsaq, Rusiyanın Odessa və Ukraynanın cənubuna hücum üçün belə dəhlizdən istifadə etmək planlarını istisna edə bilmərik. Buna görə naviqasiyanı bərpa etmək üçün effektiv təhlükəsizlik zəmanətləri lazımdır. Sahil xəttini dənizdən gələn təhlükələrdən qorumaq üçün Ukraynanı müvafiq silahlarla təchiz edilməli və Qara dənizin müvafiq hissəsində patrul xidmətinə üçüncü ölkələrin donanmasını cəlb etməklə belə təminatlar təmin edilməlidir.

Biz Türkiyənin Ukrayna limanlarının açılmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Eyni zamanda qeyd edirik ki, hazırda Ukrayna, Türkiyə və Rusiya arasında bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur. Biz vurğulayırıq ki, qərarlar bütün əlaqəli tərəflərin iştirakı ilə qəbul edilməlidir. Biz Ukraynanın maraqlarını nəzərə almayan hər hansı razılaşmadan imtina edəcəyik.

Ukrayna artıq yük maşınları, dəmir yolu və çay nəqliyyatı ilə dünya bazarına taxıl tədarük etməyə başlayıb. Biz mümkün olan hər şeyi edirik, lakin bu məsələni yalnız Ukrayna limanlarının blokadasının aradan qaldırılması ilə hərtərəfli həll etmək olar. Biz bütün maraqlı tərəfləri öz diqqətlərini Ukrayna ilə birlikdə Rusiyanın limanların blokadasını aradan qaldıracaq və eyni zamanda Ukraynanın Qara dəniz sahilləri və müvafiq humanitar dəhlizləri üçün aydın təhlükəsizlik təminatlarını təmin edəcək balanslaşdırılmış həll yolunun tapılması ilə bağlı bizim səylərimizə yönəltməyə çağırırıq”.

SAYTDA REKLAM YERLƏŞDİR
TTV XƏBƏR - Azerbaycan Xeberleri
Daha yeni Daha eski
REKLAMI BAĞLA